Dəbdə ŞOK: İnsan dərisindən geyimlər hazırlandı - FOTO

Dəbdə ŞOK: İnsan dərisindən geyimlər hazırlandı - FOTO

Hazırda oxunan: Dəbdə ŞOK: İnsan dərisindən geyimlər hazırlandı - FOTO

48444

Heyvan haqları müdafiəçiləri bu dəfə insanları hədəfə alan layihə həyata keçirib. Belə ki, onlar guya "insan hissələrindən" hazırlanmış geyimləri online mağazalarında insanlara təqdim ediblər.

Bizim.Media “New York Post” a istinadən xəbər verir ki, mağazada keyfiyyətli dəridən hazırlanmış jaketlərdə insan üzləri, ayaqqabılarda insan dişləri və çantaların üzərində isə axan qanı ilə təsvir olunmuş bir çox geyimlər mövcuddur.

Bu kampaniya, heyvan dərisi və kürkündən geyimlər satmağa davam edən mağazaları, satıcıları hədəf alıb. Məhsullar həqiqətən satılmır, bu geyimlər sadəcə dijital təsvirlərdir.

“Bir inəyin dərisi ona aiddir və o sallaqxanada sənin, mənim kimi həmin ağrıları hiss edir”.- deyə qeyd edən “Heyvan haqlarının müdafiəsi” təşkilatının (PETA) köməkçi prezidenti Tresi Reyman etdikləri kampaniyanın heyvan ölümlərinin qarşısının alınması üçün aparılan kampaniyalardan biri olduğunu qeyd edib.

Qeyd edək ki, son zamanlar dünyadakı heyvan haqları müdafiəçiləri heyvanlara qarşı qəddarlığın qarşısının alınması üçün bu tip qeyri-adi kampaniyalar, təbliğatlar aparır.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO