Zaxarovanın bu gün brifinqdə Qarabağla bağlı bildirdiyi ƏSAS TEZİSLƏR

Zaxarovanın bu gün brifinqdə Qarabağla bağlı bildirdiyi ƏSAS TEZİSLƏR

Hazırda oxunan: Zaxarovanın bu gün brifinqdə Qarabağla bağlı bildirdiyi ƏSAS TEZİSLƏR

47673

Xəbər verdiyimiz kimi, Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova bu gün brifinq keçirib.

Bizim.Media “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, onun çıxışı zamanı səslənən əsas tezislər bunlardır:

- Rusiya 10.11.20 və 11.01.21 tarixində ən yüksək səviyyədə əldə edilmiş razılaşmaların ardıcıl şəkildə həyata keçirilməsinin tərəfdarıdır. Bunlar, o cümlədən, Cənubi Qafqazda iqtisadi və nəqliyyat kommunikasiyalarının açılmasına aiddir.

- Cənubi Qafqazda iqtisadi və nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılmasına dair məsələlər toplusu Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçukla İrəvan və Bakıya səfəri zamanı müzakirə olunub.

- Rusiya Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması üçün vasitəçi kimi çıxış etməyə hazırdır.

- Rusiya regionda sabitliyin möhkəmləndirilməsi və dinc həyatın bərqərar olması üçün hər cür səy göstərir. Təbii ki, hazırda Qarabağda ticarət-iqtisadi və nəqliyyat əlaqələrinin bərpası və inkişafına xüsusi diqqət yetirilir.

- Vladimir Putin noyabrın 26-da Soçidə Ermənistan, Rusiya və Azərbaycan dövlət başçılarının üçtərəfli görüşünün təşəbbüskarıdır.

- İrəvanla Bakı arasında əlaqələri bərpa etmək üçün çalışmaq lazımdır.

- Blokadadan çıxarılan marşrutlar üzrə beynəlxalq daşımalar beynəlxalq müqavilələr və tərəflərin hər birinin milli qanunvericiliyi əsasında həyata keçiriləcək.

- Biz kommunikasiyaların blokadadan çıxarılması üçün yaxşı perspektivlər görürük, əlbəttə ki, bütün tərəflərin maraqları balanslaşdırılacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO