Belarus prezidenti Aleksandr Lukaşenko Polşa ilə sərhəddə cəmləşən miqrantları hava yolu ilə Münhenə çatdırmağa hazır olduğunu açıqlayıb.
Bizim.Media BELTA agentliyinə istinadən xəbər verir ki, prezident, həmçinin qaçqınların qəbulu ilə bağlı Bavariya paytaxtının hakimiyyətinin son təklifini də xatırladıb.
Lukaşenko iki-üç min miqrantın Avropa İttifaqı üçün problem olmadığına diqqət çəkib.
"Əgər polyaklar humanitar dəhliz verməsələr, biz “Belavia” şirkəti ilə miqrantları Münhenə apara bilərik. Burda nə problem var ki?" - dövlət başçısı qeyd edib.
Lukaşenko izah edib ki, Belarus qaçqınları evlərinə göndərməyə hazırdır, lakin onlar evlərinə qayıtmaq istəmirlər.
Bizim.Media