Mədət Quliyev

Mədət Quliyev "Dubai Airshow-2021" sərgisində - FOTO

Hazırda oxunan: Mədət Quliyev "Dubai Airshow-2021" sərgisində - FOTO

45957

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində “Dubai Airshow 2021” 17-ci aviasiya sərgisi keçirilir.

Bizim.Media xəbər verir ki, iki ildən bir təşkil olunan və 4 gün davam edəcək sərgidə dünyanın 100-dən çox ölkəsindən naviqasiya aparatları, müşahidə və kommunikasiya sistemləri, süni intellekt avadanlıqları, PUA və təyyarələr, kosmik peyk və s. istehsalçısı olan 1 000-ə yaxın şirkət iştirak edir.

Dubayın vəliəhd şəhzadəsi və İcra Şurasının sədri Hamdan bin Məhəmməd bin Rəşid Əl Maktumun iştirakı ilə keçirilən açılış mərasimində Azərbaycanın müdafiə sənayesi naziri Mədət Quliyev də iştirak edib.

Tədbir çərçivəsində Mədət Quliyevin "İnternational Golden Group" şirkətinin icraçı direktoru Fadel Saif Əl Kaabi ilə görüşü baş tutub.

Görüş zamanı hər iki ölkə arasında hərbi-texniki sahədə mövcud əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsi istiqamətində geniş fikir mübadiləsi aparılıb.

Danışıqlar konstruktiv və qarşılıqlı anlaşma şəraitində keçib.

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO