Xəbər veridiyimiz kimi həmyerlimiz Fərid Səfərov Ukraynada energetika nazirinin müavini təyin olunub.
Bizim.Media xəbər verir ki, bu münasibətlə F.Səfərovun atası Kamil Səfərov öz doğum günündə oğlunu Facebook sosial şəbəkə hesabı vasitəsilə təbrik edib.
MÖVZU İLƏ BAĞLI:
Fərid Səfərov Ukraynada nazir müavini TƏYİN OLUNDU
“Əziz oğlum Fərid! Böyük şərəf və qürur hissi ilə səni, yüksək və məsuliyyətli dövlət qulluğuna, Ukrayna Energetika Nazirinin rəqəmsal inkişaf, rəqəmsal transformasiya və rəqəmsallaşdırma sahəsi üzrə nazir müavini vəzifəsinə təyin olunman münasibətilə təbrik edirəm! Sənə can sağlığı, Ukrayna xalqının rifahı naminə, dövlətçiliyin inkişafı və möhkəmlənməsi, ərazi bütövlüyünün, suverenliyinin və müstəqilliyinin qorunmasındakı xidmətlərində uğurlar arzulayıram!”
Kamil Səfərov postunda oğlu barəsində aldığı bu xoş xəbərin onun üçün ən böyük hədiyyə olduğunu da vurğulayıb.
“Atanın ad gününə ən gözəl hədiyyə! Eşq olsun Ukraynaya! Eşq olsun qəhrəmanlara! Allah səni qorusun!
P.S. Sənə inanıram, mənim oğlum!”, - deyə o, paylaşımında qeyd edib.
Qeyd edək ki, Ukraynada yüksək posta təyin olunan Fərid Səfərov Ukrayna Azərbaycanlı Gənclər Birliyinin idarə heyətinin üzvüdür. Atası Səfərov Kamil isə Ukraynada Azərbaycan Diasporunun tanınmış simalarındandır.
Bizim.Media