Fərid Səfərov Ukraynada nazir müavini TƏYİN OLUNDU

Fərid Səfərov Ukraynada nazir müavini TƏYİN OLUNDU

Hazırda oxunan: Fərid Səfərov Ukraynada nazir müavini TƏYİN OLUNDU

45537

Azərbaycanlı Ukraynada energetika nazirinin müavini təyin olunub.

Bizim.Media-nın məlumatına görə, bu posta Fərid Kamil oğlu Səfərov gətirilib.

O, bu təyinatadək Ukrayna İnfrastruktur Nazirliyində Rəqəmsal İnfrastruktur Departamentinin direktoru işləyib.

F.Səfərov əslən Azərbaycanın Gəncə şəhərindəndir.

O, 1991-ci il sentyabrın 20-də Kiyevdə anadan olub. 2014-cü ildə Taras Şevçenko adına Kiyev Milli Universitetində “Beynəlxalq hüquq” ixtisası üzrə magistratura təhsili alıb. 2015-ci ildə Vadim Hetman adına Kiyev Milli İqtisad Universitetində “Beynəlxalq biznes” ixtisasına yiyələnib. 

Qeyd edək ki, Fərid Səfərov Ukrayna Azərbaycanlı Gənclər Birliyinin idarə heyətinin üzvüdür. Atası Səfərov Kamil isə Ukraynada Azərbaycan Diasporunun tanınmış simalarındandır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO