Rusiyada təyyarə qəzaya düşdü – ÖLƏNLƏR VAR - FOTO/VİDEO

Rusiyada təyyarə qəzaya düşdü – ÖLƏNLƏR VAR - FOTO/VİDEO

Hazırda oxunan: Rusiyada təyyarə qəzaya düşdü – ÖLƏNLƏR VAR - FOTO/VİDEO

44502

Rusiyanın İrkutsk vilayətində An-12 təyyarəsi qəzaya uğrayıb.

Bizim.Media “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, layner yerli vaxtla saat 19:45-də ikinci dairəyə keçən zaman radardan itib və Pivovarix kəndi yaxınlığında yerə düşərək alovlanıb. 

Təyyarə Yakutskdan İrkutsk istiqamətində hərəkət edirmiş. Xilasedicilər artıq hadisə yerindədirlər və yanğını söndürürlər.

İrkutskdan yeddi kilometr aralıda qəzaya uğrayan An-12 təyyarəsinin göyərtəsində 8 nəfər olub.

Son anda xəbər verilir ki, beş nəfər həlak olub. Yenilənmiş məlumata görə, göyərtədə 7 nəfər olub. 

Hadisə yerində 46 xilasedici və 17 texnika çalışır. Həmçinin məlum olub ki, layner Çukotkadan uçub və yanacaq doldurmaq üçün Yakutskda dayanıb.

İrkutsk qubernatoru An-12-nin qəza yerindən ilk fotoları dərc edib. Onun sözlərinə görə, təyyarədə 8 nəfər olub. BELTA-nın məlumatına görə, bunlar Belarus, Rusiya və Ukrayna vətəndaşlarıdır.

Bizim.Media
 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO