G20 (“Böyük İyirmilik”) ölkələrinin sammitində COVID-19 peyvəndi müzakirə olunub.
Bizim.Media xəbər verir ki, bu barədə G20 sammitinin yekunları üzrə bəyanatda bildirilib.
Ölkələr hər kəsin əldə edə biləcəyi kifayət qədər COVID-19 peyvəndinin olmasını təmin etmək üçün səyləri cəmləşdirməyi söz veriblər.
“Vaksinlərin pandemiyaya qarşı mübarizədə ən vacib vasitələrdən biri və COVID-19-a qarşı kütləvi peyvəndin ictimai sərvət olduğunu qəbul edərək, təhlükəsiz, əlverişli, keyfiyyətli və effektiv peyvəndlərə vaxtında, ədalətli və ümumi çıxışı təmin etməyə çalışacağıq.
MÖVZU İLƏ BAĞLI:
G20 liderlərindən qlobal istiləşmə ilə bağlı ÇAĞIRIŞ
2021-ci ilin sonuna qədər (dünya-red) əhalinin ən azı 40%-nin və 2022-ci ilin ortalarına qədər 70%-nin peyvənd edilməsi məqsədinə nail olmaq üçün inkişaf etməkdə olan ölkələrə peyvənd və zəruri sağlamlıq məhsulları tədarükünü artırmaq və maliyyə məhdudiyyətlərini aradan qaldırmaq üçün tədbirlər görəcəyik", - bəyanatda qeyd edilir.
Qeyd edək ki, dünyada qəbul edilmiş vaksinlərin əsas istehsalçıları G20-nin bəzi ölkələridir.
Bizim.Media