Ukraynanın Almaniyadakı səfiri Andrey Melnik Ukrayna Silahlı Qüvvələrinin Donbasda “Bayraktar” pilotsuz hücum aparatlarından istifadəsinə dair Berlinin mövqeyini tənqid edib.
Bizim.Media “glavnoe.net” saytına istinadən xəbər verir ki, diplomatın sözlərinə görə, Kiyev Almaniya Xarici İşlər Nazirliyinin nümayəndəsinin bəyanatını qətiyyətlə rədd edərək, Ukrayna tərəfinin özünümüdafiə hüququna malik olmasına diqqət çəkib.
Xatırladaq ki, Almaniya Xarici İşlər Nazirliyinin nümayəndəsi Andrea Sasse bir müddət əvvəl bildirmişdi ki, Berlin Ukraynanın şərqində münaqişənin bütün tərəflərini Minsk razılaşmaları ilə qadağan olunmuş PUA-lardan istifadə etməkdə ittiham edir.
Buna səbəb kimi “Bayraktar” pilotsuz təyyarələrinin ilk döyüş istifadəsi göstərilir.
Onun köməyi ilə bu yaxınlarda “Donekst Xalq Respublikası”nın silahlı qüvvələrinin bir topu məhv edilib. Həmin silahdan əvvəllər Kiyevin nəzarətində olan ərazilər atəşə tutulurdu.
Bizim.Media