Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov maraqlı açıqlama ilə çıxış edib.
Bizim.Media xəbər verir ki, o, “Netflix”in dünyaca məhşur və ən reytinqli ekran işi olan "Kalmar oyunu" (“Squid Game”) serialının ssenarisini özünün yazdığını iddia edib.
Prezident bu barədə Aşqabad Dövlət Universitetinin tələbələri ilə görüşdə deyib.
“Hamınız mənim əsərlərimlə yaxşı tanışsınız, amma ədəbi istedadımın başqa tərəfi də var - bəzən ssenarilər də yazıram. İndi dünyada on milyonlarla insan "Kalmar oyunu" filmindən məmnundur və bu lentin, süjetin və bütün dialoqların ideyasını mən hazırlamışam".
Lakin Q. Berdiməhəmmədov onun yaradıcılığını dərin mənasını hər kəsin başa düşmədiyini təəssüf hissi ilə vurğulayıb.
"Hər halda, şadam ki, işlərim bir daha dünya miqyasında tanınıb. Təəssüf ki, vaxtım az olduğu üçün bunu istədiyim kimi edə bilmirəm. Təkcə son bir ayda dünyanın aparıcı rejissorlarından ondan çox əməkdaşlıq təklifi almışam”, - deyə Berdıməhəmmədov bildirib.
Qeyd edək ki, "Kalmar oyunu" serialında qəhramanlar uşaq oyunlarının ölümcül təhlükəli versiyasında böyük mükafat məbləği uğrunda mübarizə aparırlar. Filmdə əsas hadisələr Cənubi Koreyanın hər yerindən yüzlərlə marginalların gətirildiyi, adı açıqlanmayan adadakı nəhəng gizli kompleksdə baş verir.
Serialın qəhrəmanları zorla deyil, öz istəkləri ilə uşaq oyunlarının ölümcül versiyalarında 45,6 milyard von (38 milyon dollar) məbləğində mükafat fondu uğrunda mübarizə aparırlar. Oyunda uduzanlar ölürlər.
Yayımlandıqdan dərhal sonra film dünyanın müxtəlif yerlərində milyonlarla tamaşaçının sevgisini qazanıb. "Netflix" indiyədək ən çox izlənən serialının məhz “Squid Game” olduğunu açıqlayıb.
Bizim.Media