Facebook xalis mənfəətini artırdı

Facebook xalis mənfəətini artırdı

Hazırda oxunan: Facebook xalis mənfəətini artırdı

43336

Dünyanın ən böyük sosial media şirkəti Facebookun gəliri, bu ilin üçüncü rübündə 35% artaraq 29 milyard dollara yüksəlib, xalis mənfəəti 17% artımla 9,2 milyard dollara çatıb. 

Bizim.Media xəbər verir ki, bu haqda informasiya xarici mətbuatda yer alıb.

Mənbə yazır ki, şirkətin üçüncü rübdə əldə etdiyi gəlir, keçən ilin eyni dövrü ilə müqayisədə 35% artımla 29 milyard dollar təşkil edib. Facebook, 2020-ci ilin eyni dövründə 21,5 milyard dollar gəlir əldə etmişdi.

Bu dövrdə Facebook-un əldə etdiyi gəlir proqnozdan aşağı olub. Belə ki, şirkətin üçüncü rübdə 29,6 milyard dollarlıq gəlir açıqlayacağı təxmin edilirdi.

Şirkətin xalis mənfəəti üçüncü rübdə 17% artımla 9,2 milyard dollara yüksəlib. Facebook, 2020-ci ilin iyul-sentyabr dövründə 7,8 milyard dollar xalis mənfəət əldə etmişdi.

Facebookun 2020-ci ilin üçüncü rübündə 2,71 dollar olan səhmbaşına mənfəəti bu ilin eyni dövründə 3,22 dollara yüksəlib. 
 

Facebookun gündəlik və aylıq aktiv istifadəçi sayında da bu dövrdə artım qeydə alınıb. Gündəlik aktiv istifadəçi sayı 6% artaraq 1,93 milyarda çatıb. Sosial media saytının aylıq aktiv istifadəçi sayı da eyni dövrdə 6% artımla 2,91 milyard olub.


Şirkət, ilin dördüncü rübündə isə gəlirinin 31,5 milyard dollar ilə 34 milyard dollar civarında olmasının gözlənildiyini bildirib. Analitiklər, şirkətin dördüncü rüb gəlirinin 34,8 milyard dollar ətrafında olacağını gözləyirdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO