ABŞ F-16 qırıcılarını Rusiya sərhədinə göndərdi – SƏBƏB

ABŞ F-16 qırıcılarını Rusiya sərhədinə göndərdi – SƏBƏB

Hazırda oxunan: ABŞ F-16 qırıcılarını Rusiya sərhədinə göndərdi – SƏBƏB

43036

ABŞ Hərbi Hava Qüvvələri təlim çərçivəsində Rusiya sərhədlərinə ən yaxın aerodroma, Alyaskanın Şemya adasına F-16 qırıcılarını göndərib. 

Bizim.Media xəbər verir ki, ekspert David Eks bu barədə Forbes jurnalına yazdığı məqaləsində bildirib.

Nəşr vurğulayır ki, bu ilin may ayından ABŞ Hərbi Hava Qüvvələri komandanlığı Alyaska ştatında təlimlər keçirir.

Onların əsas vəzifəsi mümkün qədər çox kiçik aerodromlarda eniş və qalxma praktikasını təcrübədən keçirməkdir.
 

"Bu təlimlər Rusiya ilə genişmiqyaslı müharibə üçün bir məşq idi. Hərbi Hava Qüvvələri müharibə zamanı rusların böyük bazalara ballistik və qanadlı raketlərlə hücum edəcəyini gözləyir”, deyə o, qeyd edib.


Eksin sözlərinə görə, Şemya adasındakı hərbi baza Berinq dənizi üzərində Rusiya hərbi təyyarələrinin mümkün “ələ keçirilməsi” üçün çox əlverişlidir.

Daha əvvəl Katon İnstitutunun tədqiqatçısı Ted Galen Carpenter 19Fortyfive üçün yazdığı məqalədə Belarusla bağlı Rusiya ilə ABŞ arasında müharibənin başlaya biləcəyini söyləmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO