İsveçdə qətlə yetirilən soydaşımızın cənazəsi Azərbaycana gətiriləcək

İsveçdə qətlə yetirilən soydaşımızın cənazəsi Azərbaycana gətiriləcək

Hazırda oxunan: İsveçdə qətlə yetirilən soydaşımızın cənazəsi Azərbaycana gətiriləcək

43024

Diasporla İş üzrə Dövlət Komitəsi 43 yaşlı azərbaycanlı Ramil Mahmudovun yaşadığı İsveç Krallığının paytaxtı Stokholm şəhərində naməlum şəxslər tərəfindən qətlə yetirilməsi ilə bağlı məsələni nəzarətə götürüb.

Bu barədə Bizim.Media-ya Komitədən məlumat verilib.

Dövlət Komitəsi mərhumun ailəsinə cənazənin Azərbaycana gətirilməsi üçün dəstək göstərəcəyini bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

İsveçdə güllələnən azərbaycanlının adı və fotosu yayıldı - FOTO


Komitəyə minnətdarlığını bildirən ailə üzvləri cənazənin Azərbaycana gətirilmə xərclərinin mərhumun sürücü kimi çalışdığı yükdaşıma şirkəti tərəfindən ödəniləcəyini bildirib.

"Məsələ Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyinin diqqətindədir və mərhumun ailəsinə istənilən an lazım olan köməklik göstəriləcək. Hadisə ilə bağlı cinayət işinin obyektiv şəkildə araşdırılacağına inanırıq", - Komitənin məlumatında deyilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO