İsveçdə güllələnən azərbaycanlının adı və fotosu yayıldı - FOTO

Hazırda oxunan: İsveçdə güllələnən azərbaycanlının adı və fotosu yayıldı - FOTO

42967

Xəbər verdiyimiz kimi , ötən həftə Stokholmun Farşta rayonunda 43 yaşlı azərbaycanlı vəhşicəsinə qətlə yetirilib. İki naməlum şəxs onu avtomat silahdan güllələyib.

Öldürülən 43 yaşlı azərbaycanlıdan başqa, 15 yaşlı yeniyetmə də ağır yaralanıb. Atəşdən sonra təcavüzkarlar velosipedlə qaçıblar.

Bizim.Media İsveç mətbuatına istinadən xəbər verir ki, öldürülən azərbaycanlının adı Ramildir. O, yük maşınının sürücüsü işləyib və kifayət qədər sakit həyat tərzi keçirib.

Azərbaycanlının qatilləri hələ də tapılmasa da, İsveç mediası onun təsadüfən öldürüldüyünü düşünür. Ramilin İsveçdə aşkar düşmənləri olmayıb.
 

“Ramil adi sürücü idi. Sakit bir həyat sürürdü. Axşam saat 10-da yatırdı, tezdən qalxıb işə gedirdi. Onun bütün günü Stokholm ətrafında səyahətdə keçirdi. O, qazandığı pulun böyük hissəsini 2013-cü ildə boşandığı həyat yoldaşının (qadından iki övladı var) yaşadığı Azərbaycana göndərirdi”, - deyə qətlə yetirilən oğlanın sevgilisi jurnalistlərə bildirib.


Xatırladaq ki, qətl zamanı Ramil siqaret çəkmək üçün evinin eyvanına çıxıb. Bu qətl dünyanın ən təhlükəsiz ölkələrindən biri sayılan İsveçdə geniş rezonansa səbəb olub.

Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO