Azərbaycanlıların Putinə qarşı daha bir etirazı

Azərbaycanlıların Putinə qarşı daha bir etirazı

Hazırda oxunan: Azərbaycanlıların Putinə qarşı daha bir etirazı

42903
Azərbaycan əsilli kanadalılar Rusiya prezidenti Vladimir Putinə “Əlini Ukraynadan çək” çağrışını ediblər. 

Moderator.az
-ın məlumatına görə, Kanadanın Toronto vilayətində Rusiya prezidenti Vladimir Putinin Krımı işğal etməsi ilə bağlı aksiya keçiriliblər.

Səhər saatlarında başlayan aksiya zamanı Ukrayna, Krım və Azərbaycan əsilli kanadalılar Rusiya əleyhinə şüarlar səsləndiriblər. 

Aksiya iştirakçıları daha sonra vilayətdə olan Rusiya Konsulluğunun qarşısına gəliblər. Aksiya iştirakçılarının əllərində Kanada, Ukrayna, Krım və Azərbaycan bayraqlarının olduğu bildirilir. 

Nümayiş bir neçə saatdan sonra bitib.

Xatırladaq ki, 7 martda Rusiyanın Krım Muxtar Respublikasına hərbi müdaxiləsinə etiraz əlaməti olaraq ABŞ-da Ağ evin qarşısında keçirilən aksiyada da azərbaycanlılar iştirak etmişdilər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO