Türkiyə ölkədəki 12 səfiri XİN-ə çağırdı - SƏBƏB 

Türkiyə ölkədəki 12 səfiri XİN-ə çağırdı - SƏBƏB 

Hazırda oxunan: Türkiyə ölkədəki 12 səfiri XİN-ə çağırdı - SƏBƏB 

42222

ABŞ, Almaniya, Danimarka, Finlandiya, Fransa, Niderland, İsveç, Kanada, Norveç və Yeni Zelandiyanın Ankaradakı səfirləri Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb.

Bizim.Media “Anadolu” agentliyinə istinadən xəbər verir ki,  buna səbəb diplomatların Türkiyə hakimiyyəti tərəfindən 2016-cı ilin iyulunda dövlət çevrilişinə cəhddə təqsirləndirilən Osman Kavalanın məhkəməsi ilə bağlı sosial şəbəkələrdə səsləndirdikləri ifadələrdir. 

Diplomatların Kavalanın sərbəst buraxılmasını tələb edərək, onun məhkəməsinin guya "Türkiyədə demokratiyaya və qanunun aliliyinə kölgə saldığını" söylədikləri iddia olunur. 

Qeyd edilir ki, səfirlərin bu gün səhər Türkiyə Xarici İşlər Nazirliyinə gəlişi gözlənilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO