Putin MDB layihəsini “bağlayır” – Postsovet məkanında yeni birlik yaradılır?

Putin MDB layihəsini “bağlayır” – Postsovet məkanında yeni birlik yaradılır?

Hazırda oxunan: Putin MDB layihəsini “bağlayır” – Postsovet məkanında yeni birlik yaradılır?

42069

“MDB indiki formatda artıq özünü tükədib”

Bizim.Media xəbər verir ki, bu fikirləri Rusiya Prezidenti Vladimir Putin oktyabrın 15-də MDB Dövlət Başçıları Şurasının iclasında qeyd edib. Bundan əlavə Kreml rəhbərinin çıxışı zamanı post-sovet məkanında yeni birliyin yaradılmasında maraqlı olduğu da nəzərə çarpıb.
 

MÖVZU İLƏ BAĞLI:

“Hətta pis sülh yaxşı müharibədən daha yaxşıdır” – Putin Qarabağdan SÖZ AÇDI - VİDEO


Rusiyanın nüfuzlu “URA” informasiya agentliyi isə mövzu ilə bağlı məqalə hazırlayıb.

Belə ki, məqalədə MDB təşkilatının əvvəlki təsir qüvvəsini itirdiyi və onun yerini keçmiş SSRİ ölkələrini birləşdirəcək yeni birliyin tutacağı qeyd olunub.

Məqalədə ilk öncə Putinin sözügedən iclasda toxunduğu vacib məqamlardan bəhs edilib:

“30 il ərzində mehriban qonşuluq münasibətləri qurmaq mümkün olub. Lakin təəssüf ki, Qarabağda olduğu kimi münaqişələr hələ də mövcuddur. Rus sülhməramlıları münaqişənin dayandırılmasının qarantı kimi çıxış etdilər. İstənilən halda, pis sülh yaxşı müharibədən yaxşıdır. MDB-nin əsas rolu isə sülh şəraitində əməkdaşlıq və ölkələrin inkişafı üçün şərait yaratmaqdır. Bu səbəbdən, narkotik ticarəti və terrorizmdən təhlükəsizlik məsələləri və iqtisadiyyatımızın Avrasiyanın nəqliyyat zəncirlərinə cəlb edilməsinə qədər Birliyin 2030 -cu ilədək strategiyasını açıqladıq”.

Məqalədə, bir sıra siyasi ekspertlərin məsələ ilə bağlı fikirlərinə də yer verilib.
 

Belə ki, Qırğızıstanın Şərq-Qərb Strategiyası beyin mərkəzinin rəhbəri Dmitri Orlov bildirib ki, Qarabağ kimi münaqişələrin MDB tərəfindən həlli xeyli çətindir. 


Onun fikrincə, Ermənistan və Azərbaycan mahiyyətcə müharibə vəziyyətində qaldıqları üçün MDB-nin yaradıldığı zaman qarşısına qoyduğu sülhü qorumaq vəzifəsi tam yerinə yetirilməyib:

“Münaqişənin həllində Rusiya əsas rol oynasa da və MDB sayəsində bu ölkələrin hərbi rəhbərləri bir-biri ilə ünsiyyət qura bilsələr də, Birlikdə qaçılmaz çökmə elementləri mövcuddur. Düşünürəm ki, Putin bu gün postsovet məkanında təhlükəsizliyin yeganə qarantıdır. Rusiya olmadan bu ərazidə heç bir ittifaq mümkün deyil”. 

Politoloq əlavə edib ki, əgər Putin MDB-yə yeni bir forma verməkdə maraqlıdırsa, o zaman bu proses illərlə vaxt alacaq.

Belarus-Rusiya "Birlik" vətəndaş təşəbbüsünün həmsədri Stanislav Bışokun fikrincə isə, MDB-nin yeni siması yalnız Valday formuna bənzəyə bilər. Ona görə ki, artıq regionda KTMT və AİB kimi təşkilatlar yaradılıb. Bundan əlavə eskpert, Putinin MDB-dən imtina edəcək sonuncu dövlət başçısı olacağını da qeyd edib.

Rusiyalı politoloq və Regional Problemlər İnstitutunun elmi direktoru Dmitri Juravlyov isə bildirib ki, iştirakçı ölkələr artıq MDB -yə marağını itirib.

“MDB 90 -cı illərdə vacib idi, halbuki həmin dövrdə hələ də vahid valyuta və sovet pasportları var idi. İndi hər bir ölkənin müstəqilliyi var. Postsovet məkanında ticarət hətta MDB olmadan da olub və olacaq”.
 

Politoloqun fikrincə, önümüzdəki illərdə MDB "heç yerə getməyəcək", amma gələcəkdə onun yerini yeni əməkdaşlıq formaları tuta bilər. 


Eyni zamanda Juravlyov, Putinin əməkdaşlığı dərinləşdirməklə bağlı söylədiyi fikirlərə digər dövlət başçılarının müsbət reaksiya verdiyini nəzərə alaraq, keçmiş SSRİ ölkələrinin yeni birliyin qurulmasında maraqlı ola biləcəklərini də sözlərinə əlavə edib.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO