Öcalan yenə də Türkiyəni qarışdırdı

Öcalan yenə də Türkiyəni qarışdırdı

Hazırda oxunan: Öcalan yenə də Türkiyəni qarışdırdı

41791
PKK lideri Abdulla Öcalanın Türkiyəyə gətirilməsinin ildönümü ilə əlaqədar Hakkari - Van magistral yolunda 50 nəfərdən ibarət bir qrup etiraz edib. Etirazçılar yoldan keçən maşınların qarşısını kəsib. Aksiya iştirakçılarını dağıtmaq üçün əraziyə texnika yeridilib. Nümayişçilər molotov kokteyli, daş və fişənglərlə polislərə hücum edib, toqquşmalar zamanı yoldan keçən bir vətəndaş başından yaralanıb. 7 nəfər saxlanılıb. Əyalətdə vəziyyət gərgin olaraq qalır. 

Antalyada isə bir qrup Barış və Demokratiya Partiyasından olan nümayişçi əllərinə Abdullah Öcalanın şəkillərini tutaraq yürüş etməyə cəhd edib. 300-ə yaxın partiya fəalı ilkin olaraq partiya binasında bir araya gəlib. Əraziyə gələn polis aksiya iştirakçılarının Öcalanın posterləri ilə hərəkətinə imkan verməyəcəkləri barədə xəbərdar edib. Muratpaşa məscidi yaxınlığında çevik polis alayı iğtişaş əleyhinə “TOMA” texnikası ilə etirazçıların aksiyasına mane olub. Nümayiş tramvay yolunun yaxınlığında baş verdiyindən, tramvayların hərəkətində təxminən 1 saat fasilə yaranıb. Sonradan etirazçılar insident baş vermədən ərazidən dağılışıb.

Gecə saatlarında isə Türkiyənin Cizrə şəhərində PKK-çı nümayişçilərlə təhlükəsizlik qüvvələri arasında toqquşmalar davam edib. Etirazçılar polisi Molotov kokteylər və fişənglərdən atəşə tutub, qarşı tərəf kütləni dağıtmaq üçün su şırnaqlarından istifadə edib. 

Abdulla Öcəlanın Türkiyəyə gəlişinin il dönümü ilə bağlı oxşar aksiyalar Hakkari, Batman, Şırnak, Diyarbəkir və Vanda da keçirilib. PKK fəalları liderləri Abdulla Öcalanın tutulmasının 15-ci ildönümündə onun davamlı həbsinə qarşı etiraz ediblər. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO