İranın ilk prezidenti VƏFAT ETDİ 

İranın ilk prezidenti VƏFAT ETDİ 

Hazırda oxunan: İranın ilk prezidenti VƏFAT ETDİ 

40868

İranın ilk prezidenti Əbülhəsən Bənisədr bu gün vəfat edib.  

Bizim.Media xəbər verir ki, məlumatı sabiq dövlət başçısının ailəsi yayıb. 

O, uzun sürən xəstəlikdən sonra Parisdəki xəstəxanalardan birində 88 yaşında dünyasını dəyişib.  

Qeyd edək ki, Ə.Bənisədr 1979-cu ildə islam inqilabı nəticəsində iqtidara gələn ruhanilərin dəstəyilə 1980-ci ildə İranın ilk prezidenti seçilib. Ona qarşı çıxan radikal islamçı zümrənin təzyiqilə növbəti il hakimiyyətdən gedib.  

Ölkəni tərk etmək məcburiyyətində qalan sabiq prezident həmin vaxt Fransaya köçüb və həyatının qalan hissəsini Parisdə yaşayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO