Saakaşvili dünyaya SƏSLƏNDİ – “Səssiz qalmayın” 

Saakaşvili dünyaya SƏSLƏNDİ – “Səssiz qalmayın” 

Hazırda oxunan: Saakaşvili dünyaya SƏSLƏNDİ – “Səssiz qalmayın” 

40817

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili beynəlxalq ictimaiyyətə müraciət edib. 

Bizim.Media xəbər verir ki, məhkəməsiz həbsə salındığını bildirən Saakaşvili artıq 9-cu gündür həbsxanada olduğunu və işi ilə bağlı heç bir məhkəmə dinləməsi keçirilmədiyini diqqətə çatdırıb:  

“Həbs dünyada heç kəsin qəbul etmədiyi iki məhkəmə qərarı əsasında həyata keçirilib. Gürcüstan qanunvericiliyinə əsasən, saxlanılan istənilən şəxs təxirə salınmadan məhkəmə qarşısına çıxarılmalıdır. İşim üzrə hakim vəkilimə bu gün deyib ki, yaxın həftələrdə dinləmələrin olacağı gözlənilmir”. 

M.Saakaşvili beynəlxalq ictimaiyyəti məhkəməsiz həbsə atılması məsələsinə səssiz qalmamağa çağırıb. 

Qeyd edək ki, keçmiş prezident oktyabrın 1-də Tbilisidə saxlanılıb və Rustavidəki 12 saylı cəzaçəkmə müəssisəsinə yerləşdirilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO