Monteneqro Telman İsmayılovun saxlanılması ilə bağlı Rusiyanı məlumatlandırdı

Monteneqro Telman İsmayılovun saxlanılması ilə bağlı Rusiyanı məlumatlandırdı

Hazırda oxunan: Monteneqro Telman İsmayılovun saxlanılması ilə bağlı Rusiyanı məlumatlandırdı

40773

Monteneqro hakimiyyəti iş adamları İqor Çuyan və Telman İsmayılovu saxladıqları barədə Rusiya tərəfini rəsmi olaraq məlumatlandırıb.

Bizim.Media xəbər verir ki, informasiyanı TASS agentliyi yayıb.Bildirlir ki, bu barədə Rusiyanın Podqoris şəhərindəki səfirliyindən bildirilib.

İqor Çuyan Rusiyanın Alkoqollu İçkilərin İstehlakının Tənzimlənməsi Agentliyinin keçmiş başçısı, Azərbaycan əsilli Telman İsmayılov isə Moskvadakı Çerkizov bazarının keçmiş direktorudur.

Bir müddət əvvəl onların ekstradisiyası ilə bağlı Rusiya Baş Prokurorluğunun Monteneqroya müraciət edəcəyinə dair xəbər yayılmışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO