Malidə əldəqayırma partlayıcı qurğunun partlaması nəticəsində BMT-nin bir sülhməramlısı ölüb, daha üçü isə ağır yaralanıb.
Bizim.Media xəbər verir ki, bu barədə BMT Baş Katibinin Malidəki xüsusi nümayəndəsi, BMT-nin Malidəki Çoxşaxəli İnteqrasiya Stabilizasiya Missiyasının rəhbəri Al-Qassim Vane öz tviter səhifəsində verib.
Vane hadisənin Əlcəzairlə sərhəd yaxınlığında, Malinin şimal-şərqindəki Tesalit şəhəri ərazisində baş verdiyini əlavə edib.
Xüsusi nümayəndə sülhməramlıların hansı ölkədən olduğu barədə məlumat verməyib.
BMT-nin Malidəki Çoxşaxəli İnteqrasiya Stabilizasiya Missiyası 2013-cü ilin yazında yaradılıb. Missiyanın məqsədi ölkə ərazisində təhlükəsizliyin gücləndirilməsində Mali hakimiyyətinə kömək etməkdir. Hazırda missiyanın 15 min hərbçisi var.
Bizim.Media
1 mort et 3 blessés graves après qu’1 de nos équipes a heurté 1 #IED près de Tessalit: 1 rappel du danger permanent pesant sur nos casques bleus & des sacrifices consentis pour la #paix au #Mali. Mes pensées vont à ces braves soldats et à leurs proches. #ServiceAndSacrifice #A4P
— El-Ghassim Wane (@elghassimw) October 2, 2021