Britaniyada yanacaq böhranı dərinləşir

Britaniyada yanacaq böhranı dərinləşir

Hazırda oxunan: Britaniyada yanacaq böhranı dərinləşir

39854

Böyük Britaniyada yanacaqdoldurma məntəqələrində yanacaq tədarükü ilə bağlı vəziyyət pisləşməyə doğru gedir. 

Bizim.Media xəbər verir ki, bunu Britaniya Yanacaq Satışı Assosiasiyasının sədri Brayan Medderson deyib. 

O bildirib ki, paytaxt Londonda, ölkənin cənub-şərqində yanacaq çatışmazlığı ilə bağlı böhran dərinləşir. 

Qeyd olunub ki, bazar ertəsindən başlayaraq Böyük Britaniyada yanacaqdoldurma məntəqələrinə yancağın çatdırılması prosesinə hərbçilər cəlb olunacaq. 

Assosiasiyanın hesabatına əsasən, ölkə ərazisindəki yanacaqdoldurma məntəqələrinin 26 faizində yanacaq tamamilə olmayıb, 27 faizində isə yalnız bir növ yanacaq mövcud olub. 

Böyük Britaniyada yanacaq böhranı sentyabrın 23-də BP şirkətinin ölkədə onlarla yanacaqdoldurma məntəqəsini bağlamasından sonra başlayıb. Şirkət məntəqələri bağlamaq qərarını yük maşını sürücülərinin çatışmazlığı ilə izah edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO