Putin Zelenski ilə görüşəcək? - Tarix açıqlandı

Putin Zelenski ilə görüşəcək? - Tarix açıqlandı

Hazırda oxunan: Putin Zelenski ilə görüşəcək? - Tarix açıqlandı

39497

Ukrayna prezidenti Vladimir Zelenski ilə Rusiya lideri Vladimir Putin arasında görüş bu ilin sonunda və ya gələn ilin əvvəlində baş tuta bilər. 

Bizim.Media xəbər verir ki, bu haqda informasiya “news.ru” saytında yer alıb.

Mənbə yazır ki, Ukrayna tərəfi Rusiya Federasiyasının Prezidenti ilə birbaşa danışıqlara başlamaq istəyir. Bu barədə "RBK-Ukrayna" Ukrayna dövlətinin başçısının əhatəsində olan mənbəyə istinadən məlumat yayıb.

“Prinsipcə başa düşməliyik: bir şey barədə razılığa gələ bilərik, ya yox” - agentliyin həmsöhbəti bildirib.

Daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin ukraynalı həmkarı ilə görüşməyə hazır olduğunu deyib:

“Anvaq Ukrayna “Minsk-2” sazişini həyata keçirməkdə maraqlı deyil”.

Onun sözlərinə görə, Ukrayna Minsk razılaşmalarını başqa bir şeylə əvəz etmək istəyir.

Öz növbəsində Ukrayna liderinin mətbuat katibi Sergey Nikiforov Putinlə Zelenski arasındakı görüşün şərtini açıqlayıb:

“Bu danışıqlarda işğal olunmuş ərazilərin məsələsinə toxunulacaq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO