Ərdoğan Rusiyanın S-400 raketi ilə bağlı bəzi SİRRLƏRİ açdı

Ərdoğan Rusiyanın S-400 raketi ilə bağlı bəzi SİRRLƏRİ açdı

Hazırda oxunan: Ərdoğan Rusiyanın S-400 raketi ilə bağlı bəzi SİRRLƏRİ açdı

39448

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, ABŞ istehsal etdiyi Patriot hava hücumundan müdafiə sistemini Ankaraya satmaqdan imtina etdiyi üçün Rusiyadan S-400 raketlərini alıb.

Bizim.Media xəbər verir ki, bu açıqlamanı o, “The New York Times” qəzetinə verdiyi müsahibədə deyib.

"Düşünürəm ki, buna dəyərdi ... İstədiyimiz kimi müdafiəmizi gücləndirmək haqqımız var" deyə Ərdoğan vurğulayıb.

Eyni zamanda, Türkiyə lideri amerikalılarla münasibətləri "qorumağı" və "gücləndirməyi" vacib hesab edib.

Xatırladaq ki, 2018-ci ilin dekabr ayında Dövlət Departamenti Türkiyəyə Patriot hava hücumundan müdafiə sistemlərinin satışını təsdiqləyib. Müqavilənin dəyəri 3,5 milyard dollar olub, lakin o vaxta qədər Türkiyə artıq S-400-lərin tədarükü üçün müqavilə bağlamışdı.
 

Eyni zamanda, ABŞ Türkiyədən Rusiya sistemlərindən imtina etməyi tələb edib və  son F-35 qırıcılarının satışını dayandırıb, hərbi sənaye kompleksinin rəhbərlərinə qarşı sanksiyalar tətbiq edib.


S-400 komplekslərinin tədarükünə dair razılaşma Türkiyə ilə ABŞ arasındakı münasibətlərdə anlaşılmazlığa səbəb olub. Hazırda rəsmi Moskva ilə ikinci bir alay kompleksinin tədarükü ilə bağlı müzakirələr aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO