Yaponiyanın Kibertəhlükəsizlik Qərargahı yeni üç illik strategiya layihəsini təsdiqləyib.
Bizim.Media-nın xəbərinə görə, sənəddə haker hücumlarının potensial mənbələri kimi ilk dəfə olaraq Rusiya, Çin və Şimali Koreya göstərilir.
Qərargahda hesab edilir ki, təhlükəsizliklə bağlı vəziyyət pisləşir və geosiyasi gərginlik ölkələr arasında rəqabət məkanına çevrilmiş kiberməkanda əks olunur.
Sənəddə bildirilir: "Çin, Rusiya və Şimali Koreyanın kiberməkanda imkanlarını gücləndirdiyi və məlumat oğurlamaq məqsədi ilə hücumlar həyata keçirdiyi güman edilir".
Yapon mütəxəssisləri hesab edirlər ki, Çin hərbi və digər qabaqcıl texnologiyaları oğurlamaq üçün haker hücumları həyata keçirir. Rusiya isə digər ölkələrdə hərbi və siyasi məqsədlərinə çatmaq üçün kiberhücumlardan istifadə edir.
Təhlükəsizliyi gücləndirmək üçün Yaponiya hakimiyyəti Dörd Tərəfli Təhlükəsizlik Dialoqunun (Yaponiya, ABŞ, Avstraliya və Hindistanın) digər ölkələrlə əməkdaşlıq etməsini planlaşdırır.
Xatirə, Bizim.Media