Rusiyalı milyoner İngilis kraliçasından baronluq titulunu necə aldı? - FOTO

Hazırda oxunan: Rusiyalı milyoner İngilis kraliçasından baronluq titulunu necə aldı? - FOTO

3831

"The Evening Standard" və "The Independent"in sahibi, rusiyalı iş adamı Aleksandr Lebedevin oğlu Yevgeni Lebedev İngilis kraliçasından baronluq titulu alıb.

Bizim.Media xəbər verir ki, indi o, Lordlar Palatasının üzvü olacaq. Kiçik Lebedev, mediada İngiltərənin Baş naziri Boris Consonun dostu adlanır. RİA Novosti xəbər verir ki, bu dostluq   onun İngiltərə parlamentində kresloda yer tutmağına kömək edib.

Kraliça, Yevgeni Aleksandroviç Lebedevi möhürlü fəxri məktubla Baron pilləsinə yüksəltmək istədiyini bildirib.

Bu şərəf Lebedevə İngilis mediası və xeyriyyəçilik sahəsində etdiyi xidmətlərə görə verilib. Media qalmaqallarına və spikerin narazılığına baxmayaraq Kiçik Lebedev Lordlar Palatasının üzvü kimi vəzifəsinə başlayacaq.

Mərasim zamanı onu iki zamin müşayət edəcək. O, Lordlara məxsus “xalat” geyinəcək və özünü digər yaşıdlarına tanıdacaq və monarxa sədaqət andından sonra parlamentdə oturmaq  hüququna sahib olacaq.

Mütəxəssislər belə hesab edir ki, o, "Sibir baronu" adlandırıla bilməz. Çünki, kiçik Lebedov Moskvada anadan olub. Buna görə də, Mixail Diunovun fikrincə, Sibirdən bəhs edilən söz ya səhvdir, ya da İngilis yumorudur: "İngilislər bunu sevir", - deyə o, əlavə edib.

Lakin, media qalmaqallarına və Conson ilə dostluğuna   baxmayaraq, kiçik Lebedev bir baron oldu. 

Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO