Termal suda toyuq bişirmək istəyən şəxs 1200 dollar cərimələndi

Termal suda toyuq bişirmək istəyən şəxs 1200 dollar cərimələndi

Hazırda oxunan: Termal suda toyuq bişirmək istəyən şəxs 1200 dollar cərimələndi

38242

ABŞ-ın Yellouston Milli Parkında termal suda toyuq bişirmək istəyən adam saxlanılıb.

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, həmin şəxsə 1200 dollar maddi cəza kəsilib. Eyni zamanda bir il müddətinə parka girişi qadağan edilib.

Ona həmin dövr ərzində uzaqdan nəzarətdə olacaq. Məlumat üçün bildirək ki, Yellouston Milli Parkının sahəsi təxminən 8987 km²-dir. Çox böyük qeyzerləri ilə tanınır.

Dünyadakı isti su qaynaqlarının yarısı burada yerləşir, sayı 10 000-dən çoxdur. Yelloustonda 300-dən çox qeyzer, 290-dan çox da irili-xırdalı şəlalə vardır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO