“Qrom” zərbə PUA-ları üçün istifadə edilən raketlər AÇIQLANDI

“Qrom” zərbə PUA-ları üçün istifadə edilən raketlər AÇIQLANDI

Hazırda oxunan: “Qrom” zərbə PUA-ları üçün istifadə edilən raketlər AÇIQLANDI

35948

Rusiyanın inkişaf etdirdiyi “Qrom” zərbə PUA-larının istifadə etdiyi raketlərin çeşidi artırılır.

Bizim.Media xəbər verir ki, Rusiyanın Taktiki Raket Şirkəti (KTRV) PUA sistemləri üçün iki fərqli 100 kq-lıq döyüş sursatı təqdim edib.

KTRV şirkəti sərgilənən döyüş sursatı haqqında bəzi detallı məlumatları açıqlamasa da, nümayiş olunan 2 sursatdan biri, əvvəlki forumda təqdim olunan “Produkt 85” sursatı idi.“Janes”in verdiyi məlumata görə, “Produkt 85” döyüş sursatı bir növ “hava-yer” raketidir.

Raket 30 kq ağırlığında yüksək partlayıcı başlığa malikdir. Raketin uzunluğu 2400 mm, diametri 200 mm və ümumi çəkisi 120 kq-dır. “Produkt 85” müxtəlif uçuş mərhələlərində peyk naviqasiyası ilə idarə oluna bilinir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO