Dünyada koronavirusa yoluxanların son STATİSTİKASI

Dünyada koronavirusa yoluxanların son STATİSTİKASI

Hazırda oxunan: Dünyada koronavirusa yoluxanların son STATİSTİKASI

35845

Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı son sutka ərzində 400 mindən çox olub.

Bizim.Media pandemiyanın onlayn statistikasını aparan “worldometers.info” saytına istinadla xəbər verir ki, ötən sutka ərzində 400 min 6331 nəfər yeni koronavirusa yoluxub, 6 min 664 nəfər isə pandemiyanın qurbanı olub. Bununla da yoluxanların ümumi sayı 221 milyon 956 min 94, ölənlər isə 4 milyon 588 min 292 nəfərə çatıb.
 

MÖVZU İLƏ BAĞLI:

Son sutkada COVID-19-dan 37 nəfər ÖLDÜ - STATİSTİKA


Ötən sutka ərzində virusa ən çox yoluxma halı Böyük Britaniyada (41 min 192 nəfər), bu xəstəlikdən ölüm faktı isə Rusiyada (790 nəfər) qeydə alınıb.

Dünyada bu vaxtadək ən çox yoluxma halı ABŞ (40,8 milyon), Hindistan (33 milyon), Braziliya (20,8 milyon), Rusiya (7 milyon), Böyük Britaniya (7 milyon), Fransa (6,8 milyon) və Türkiyədə (6,5 milyon) qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Çin həmin ilin sonunda Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) ölkədə naməlum virusun yayılması barədə məlumatlandırıb. ÜST ötən il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, 1 ay sonra - martın 11-də isə koronavirusu pandemiya elan edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO