Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qələmə aldığı “Daha ədalətli dünya mümkündür” kitabı bu gün oxuculara təqdim ediləcək.
Bizim.Media “Yeni Şafak”a istinadən xəbər verir ki, o, kitabda Türkiyənin bütün bəşəriyyət üçün ədalət axtarışlarını ətraflı şəkildə izah edir.
Kitabda haqsızlıq, qaçqın böhranı, beynəlxalq terrorizm və İslam əleyhinə siyasət də daxil olmaqla, qlobal siyasətin dilemmalarına istinad edən Ərdoğan Birləşmiş Millətlər Təşkilatının nümunəsində dünyada ayrı-seçkiliyi və ikili standartları ortaya qoyur.
İngilis, ərəb, alman, fransız, rus və ispan dillərinə tərcümə edilən kitabdan əldə edilən bütün gəlir AFAD-a (Fövqəladə Halların İdarə Olunması Agentliyi) veriləcək.
Bizim.Media
- A-
- A
- A+
Dünya
14:59 / 06.09.2021
Ərdoğanın kitabı satışa çıxarıldı
Hazırda oxunan: Ərdoğanın kitabı satışa çıxarıldı
Hazırda oxunan: Ərdoğanın kitabı satışa çıxarıldı
35754
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.