Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvlərinin müşavirəsini keçirib.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Kremlin mətbuat xidməti yayıb.
Mənbə bildirir ki, video formatda keçirilən müşavirədə Əfqanıstandakı vəziyyət müzakirə olunub.
“Sizinlə Əfqanıstanda baş verən hadisələrlə bağlı vəziyyəti müzakirə etməyə, tərəfdaşlarımızla məsləhətləşmələrə və bu təmaslarımız haqqında məlumat mübadiləsinə davam edəcəyik. Diplomatik, hərbi və humanitar sahələrdəki işlər də daxil olmaqla bütün məsələlərdən bəhs edəcəyik”, - deyə Rusiya Prezidenti Təhlükəsizlik Şurasının daimi üzvlərinin müşavirəsinə başlayıb.
Müşavirədə Baş nazir Mixail Mişustin, Federasiya Şurasının sədri Valentina Matviyenko, Dövlət Dumasının sədri Vyaçeslav Volodin, Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev, Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, Daxili İşlər naziri Vladimir Kolokoltsev, Xarici işlər naziri Sergey Lavrov, Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov, Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin iştirak ediblər.
Bizim.Media
- A-
- A
- A+
Dünya
15:24 / 27.08.2021
Putin Təhlükəsizlik Şurasının üzvləri ilə müşavirə keçirdi - SƏBƏB
Hazırda oxunan: Putin Təhlükəsizlik Şurasının üzvləri ilə müşavirə keçirdi - SƏBƏB
Hazırda oxunan: Putin Təhlükəsizlik Şurasının üzvləri ilə müşavirə keçirdi - SƏBƏB
34473
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.