Misir kosmosa peyk göndərəcək - TƏFƏRRÜATLAR 

Misir kosmosa peyk göndərəcək - TƏFƏRRÜATLAR 

Hazırda oxunan: Misir kosmosa peyk göndərəcək - TƏFƏRRÜATLAR 

33912

Misirin Kosmik Agentliyi gələn il kosmosa 4 rabitə və elmi tədqiqatlar peyki göndərəcək.

Bizim.Media xəbər verir ki, bu barədə agentliyin icraçı direktoru Məhəmməd əl-Kosi rəsmi MENA agentliyinə müsahibəsində bildirib.

Agentliyin rəhbəri qeyd edib ki, Misir hökumətinə kosmosdan dinc və elmi-texnoloji məqsədlərlə istifadə haqqında yeni strategiya təqdim olunub.
 

MÖVZU İLƏ BAĞLI:

Çinin peyki partladı buluda döndü – Hökumət səbəbkarı axtarır - FOTO


Sənədə əsasən, Avropa Kosmik Agentliyi ilə əməkdaşlıq şəraitində yerli kosmik texnologiyaların istehsalı, uyğun elmi tədqiqatların aparılması nəzərdə tutulur. 2022-ci ilin mayında isə yapon mütəxəssislərinin iştirakı ilə Misirin yerli universitetlərində yığılacaq “EgSAcube-3” peykinin kosmik fəzaya göndərilməsi nəzərdə tutulur.

Bunun ardınca, alman şirkətləri ilə birlikdə istehsal ediləcək “NEXSAT” peyki buraxılacaq. Bu kiçik kosmik peykin ağırlığı 65 kiloqram olacaq.

Yapon və alman mütəxəssisləri bu aparatlarda mikrokameralar quraşdıracaq. Peyklər Beynəlxalq Kosmik Stansiyadan 450 kilometr aralıda kosmik fəzaya buraxılacaq və 1 il fəaliyyət göstərəcəklər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO