ÜST-dən “Delta” ştamı ilə bağlı XƏBƏRDARLIQ 

ÜST-dən “Delta” ştamı ilə bağlı XƏBƏRDARLIQ 

Hazırda oxunan: ÜST-dən “Delta” ştamı ilə bağlı XƏBƏRDARLIQ 

33315

"Koronavirusun "Delta" ştamının yayılması dünya ictimaiyyətinin "COVİD-19"a qarşı mübarizə üçün gördüyü tədbirləri üstələyir".  

Bizim.Media xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş katibi Tedros Adanom Qebreisus dünən keçirilən brifinq zamanı deyib. 

Onun sözlərinə görə, hər ölkədə ən çox xəstəxanaya yerləşdirilmə və ölüm halları vaksinasiya səviyyəsi az olan, səhiyyə səviyyəsində tədbirlərin cüzi olduğu bölgələrdə baş verir.  
 

MÖVZU İLƏ BAĞLI:

Dünyada koronavirusla bağlı SON STATİSTİKA


ÜST-ün məlumatına görə, dünyada 207,7 milyon nəfər koronavirusa yoluxub.

Cons Hopkins Universitetinin hesablamasına görə isə yoluxanların sayı 208,6 milyonu ötüb. 4,3 milyondan çox insanı isə koronavirusdan xilas etmək mümkün olmayıb. 

Hazırda koronavirusla bağlı ən çətin vəziyyət ABŞ, Hindistan və Braziliyada müşahidə edilir. 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO