Deputat öz işçisini öldürdü - FOTO

Deputat öz işçisini öldürdü - FOTO

Hazırda oxunan: Deputat öz işçisini öldürdü - FOTO

32056

Rusiyanın Kamçatkada  diyarında milyarder deputat İqor Redkin işçisini öldürüb.

Bizim.Media Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə deputat özü etiraf edib.

Belə ki, “Balıq kralı” İstintaq Komitəsinə məktub yollayaraq təsadüfən işçisi Andrey Tolstopyatovu öldürdüyünü bildirib.

Redkinin bildirib ki, yerli sakinlər ona müraciət edərək Ozernovskiy qəsəbəsində zibilliklərin ayıların “istilasına” məruz qaldığını bildiriblər.

O da silahını götürərək deyilən ünvana gedib. Hava qaralandan sonra o, zibillikdə ayını gördüyünü zənn edib və atəş açıb. Ayını qorxutduğu qənaətinə gələn deputat evinə qayıdıb. Səhəri isə orada güllələnmiş gəncin tapıldığını öyrənib. Bundan sonra o, polisə müraciət edib.

Hazırda deputat saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO