“Taliban” qiyamçıları ABŞ-ın Əfqanıstanda yeni hökumət qurmaq təklifini qəbul etməyəcək.
Bizim.Media xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyinə radikal hərəkatın rəsmi nümayəndəsi Zabiullah Mücahid bildirib.
MÖVZU İLƏ BAĞLI:
ABŞ Əfqanıstanı bombaladı
O, tərəflərin danışıqlarında bu məsələnin hələ müzakirə olunmadığını deyib.
“Amma ümumilikdə keçid hökumətini qəbul etmirik”, - deyə Mücahid qeyd edib.
Qiyamçıların nümayəndəsi onu da vurğulayıb ki, paytaxt Kabilin ələ keçirilməsi ilə bağlı müzakirələr yalnız digər şəhərlər üzərində nəzarət ələ keçirildikdən sonra aparılacaq.
Bizim.Media