İrandan İsrailə sərt xəbərdarlıq: “Cavabımız ağır olacaq” 

İrandan İsrailə sərt xəbərdarlıq: “Cavabımız ağır olacaq” 

Hazırda oxunan: İrandan İsrailə sərt xəbərdarlıq: “Cavabımız ağır olacaq” 

31662

İran İnqilab Keşikçiləri Korpusunun Komandiri Əmir Əli Hacızadə, İsraildən gələn hücum təhdidlərinə cavab verib. 

Bizim.Media İran mətbuatına istinadən xəbər verir ki, general İsrail Baş naziri Naftali Bennet və müdafiə naziri Benni Qanzın ünvanına sərt ifadələr səsləndirib. 

“İrana qarşı istənilən təhdidə və hücum cəhdinə qarşı cavabımız ağır olacaq. Daha əvvəl də şanslarını yoxladılar və necə əks-həmlə gələcəyini gözəl anlayırlar. Bizim yetərli gücümüz və ondan istifadə edəcək müstəqil iradəmiz var. Buna görə də belə bir səhv edəcəklərini düşünmürəm”,- deyə Hacızadə bildirib. 

Qeyd edək ki, Hörmüz körfəzində İsrailə məxsus ticarət gəmisinə edilən hücuma görə rəsmi Tel-Əvivin İranı ittiham etməsindən sonra ölkələr arasında soyuq olan münasibətlər daha da gərginləşib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO