Putin Ərdoğana zəng etdi - SƏBƏB

Putin Ərdoğana zəng etdi - SƏBƏB

Hazırda oxunan: Putin Ərdoğana zəng etdi - SƏBƏB

30643

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub.

Bizim.Media xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Prezidentlər Türkiyədə baş verən meşə yanğınları barədə vəziyyəti müzakirə ediblər.

“Telefon danışığı zamanı bu təbii fəlakətlə mübarizədə iki ölkə arasında əməkdaşlığın vacibliyi vurğulanıb. Vladimir Putin yanğınların söndürülməsi üçün Türkiyəyə hərtərəfli yardım göstərməkdə davam edəcəyini bildirib”, deyə mətbuat xidmətinin məlumatında deyilir.

Türkiyə Prezidenti göstərilən dəstəyə görə minnətdarlığını bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO