Tokio Olimpiadasında koronavirusa yoluxanların sayı 246-ya çatdı

Tokio Olimpiadasında koronavirusa yoluxanların sayı 246-ya çatdı

Hazırda oxunan: Tokio Olimpiadasında koronavirusa yoluxanların sayı 246-ya çatdı

30582

Son sutka ərzində Tokio Olimpiadası ilə əlaqəli şəxslər arasında koronavirusa yoluxanların sayı daha 21 nəfər artıb.

Bizim.Media Olimpiya Oyunlarının təşkilat komitəsinin saytına istinadla xəbər verir ki, virusa yoluxanlar arasında idmançılar yoxdur.

Beləliklə Oyunlarla əlaqəli şəxslər arasında koronavirusa yoluxanların ümumi sayı 246 nəfərə çatıb.

Yaponiya hökuməti Tokioda koronovirus pandemiyası ilə əlaqədar epidemioloji vəziyyət gərgin olduğuna görə bir gün əvvəl fövqəladə vəziyyət rejiminin müddətini avqustun 31-dək uzadıb.

Həmçinin daha dörd prefekturada fövqəladə vəziyyət rejimi yenidən tətbiq olunub.

Məhz fövqəladə vəziyyət rejimi davam etdiyinə görə tamaşaçılar “Tokio-2020”yə buraxılmırlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO