Skarlet Yohansson “Disney”i məhkəməyə verdi

Skarlet Yohansson “Disney”i məhkəməyə verdi

Hazırda oxunan: Skarlet Yohansson “Disney”i məhkəməyə verdi

30437

Hollivudun populyar aktrisalarından olan Skarlet Yohansson “Disney” kinostudiyasını məhkəməyə verib.

Bizim.Media xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Aktrisa studiyanı “Qara dul” filminin onlayn nümayişi üzrə müqaviləni pozmaqda ittiham edib. Belə ki, filmin premyerası kinotertrlarla yanaşı, “Disney+” onlayn platformasında da təşkil olunub.

Yohanssonun iddia ərizəsi Los-Anceles məhkəməsində qeydiyyata alınıb. Ərizədə filmin premyerasının paralel olaraq onlayn yayımla baş tutacağı barədə müddəanın müqavilədə öz əksini tapmadığı bildirilib.

Ekspertlərin fikrincə, onlayn yayım aktrisanın filmin kassa gəlirlərindən əldə edə biləcəyi vəsaiti 50 milyon dollar azaldıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO