Makronun reytinqi gənclər arasında aşağı düşüb - SƏBƏB

Makronun reytinqi gənclər arasında aşağı düşüb - SƏBƏB

Hazırda oxunan: Makronun reytinqi gənclər arasında aşağı düşüb - SƏBƏB

29039

Fransa Prezidenti Emmanuel Makronun koronavirus epidemiyası ilə mübarizə tədbirlərini sərtləşdirməsi qərarı gənclər arasında populyarlığının kəskin azalmasına səbəb olub.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı TASS agentliyi yayıb.

21 iyuldan etibarən aşılama və ya mənfi PCR testi haqqında məlumatları ehtiva edən "sanitariya şəhadətnaməsi" "mədəniyyət və əyləncə məkanlarına" giriş 12 yaşdan yuxarı ölkənin bütün sakinləri üçün məcburi olacaq. 
 

MÖVZU İLƏ BAĞLI:

Fransada 20 general, 100-dən çox zabit Makrona məktub yazdı: “Ölkənin çöküşünü dayandırın!”


​​​​​​​Eyni zamanda, həkimlər tərəfindən təyin olunmayan PCR testləri payızda Fransada ödənişli olacaq.

Karantin tədbirlərinin sərtləşdirilməsi nəticəsində 17 iyul tarixində Fransada "sanitariya şəhadətnaməsinə" və səhiyyə işçiləri üçün COVID-19-a qarşı məcburi aşılanmaya qarşı yüzə yaxın fərqli nümayiş keçirilib. 

Bəzi şəhərlərdə qadağan olunmasına baxmayaraq kütləvi mitinqlər keçirilib, ancaq polislə qarşıdurma olmayıb.

Bəzi etirazçılar Holokost dövründə yəhudilərin simvolu olan sarı Davud ulduzunu taxıblar. Digərlərində Makronu Hitlerlə, peyvənd siyasətini faşizmlə müqayisə edən afişalar olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO