Rusiyada radarlardan itən sərnişin təyyarəsi tapıldı - YENİLƏNİB

Rusiyada radarlardan itən sərnişin təyyarəsi tapıldı - YENİLƏNİB

Hazırda oxunan: Rusiyada radarlardan itən sərnişin təyyarəsi tapıldı - YENİLƏNİB

28805

Rusiyanın Tomsk vilayətində radarlardan itən An-28 sərnişin təyyarəsi tapılıb.

Bizim.Media “TASS”a istinadla xəbər verir ki,  bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumata görə, Moskva vaxtı ilə 14:36-da təyyarənin sərt eniş etdiyi yer müəyyən olunub.

Sərnişinlərin təxliyəsi üçün artıq “Mi-8” helikopteri xilasedicilərlə əraziyə enib. Təyyarənin heyəti və sərnişinlər arasında zərərçəkən yoxdur.

Xatırladaq ki, An-28 ilə əlaqə kəsilib və daha sonra təyyarənin qəza mayakı işə düşüb.

***

Rusiyanın Tomsk vilayətində göyərtəsində 13-17 nəfər olan “An-28” təyyarəsi radardan itib.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə  Rusiyanın Aviasiya xidməti məlumat yayıb.

Məlumata görə, təyyarənin göyərtəsindəki sərnişinlərin sayı 13-dən 17-dəkdir. Onlardan 4-ü uşaqdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO