Avstraliyanın “Casey Brown Architecture” memarlıq studiyası ev sahiblərinin gəlişi ilə biri çiçək kimi açılan iki ayrı mini qüllədən ibarət bənzərsiz kiçik evin tikintisini başa çatdırıb.
Bizim.Media-nın məlumatına görə Azərtac xarici saytlara istinadla xəbər verir ki, “Permanent Camping-2” adlanan evin əsas üstünlüklərindən biri də əsas qüllənin açıldıqda evin sahəsini ikiqat artıran mobil divarlara malik olmasıdır.
Qaldırıcı mexanizmlərinin köməyi ilə qüllənin 3 divarı qaldırılaraq pəncərələr açılır və "qutu" tam bir yaz evinə çevrilir. Qeyri-adi ev gündüzlər çiçək kimi açılır, gecələr isə avtomatik bağlanır.
"Ləçəkləri" bağlayarkən ev, həm də pis hava şəraitindən, vəhşi heyvanlardan və ya insanlardan etibarlı şəkildə qorunur.
Bizim.Media

- A-
- A
- A+
Dünya
03:45 / 15.07.2021
Avstraliyada qeyri-adi ev - FOTO
Hazırda oxunan: Avstraliyada qeyri-adi ev - FOTO
Hazırda oxunan: Avstraliyada qeyri-adi ev - FOTO
28612
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.