Öldürülən Haiti prezidentinin övladları ölkəni tərk etdilər

Öldürülən Haiti prezidentinin övladları ölkəni tərk etdilər

Hazırda oxunan: Öldürülən Haiti prezidentinin övladları ölkəni tərk etdilər

27865

İqamətgahına edilən silahlı hücum nəticəsində ölən Haiti prezidenti Jovenel Moisin uşaqları ölkədən qaçıblar. 

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı yerli “Juno7” portalı yayıb. 

Portalda başqa məlumatlar verilmir. Bundan əvvəl Haitinin qonşu Dominik Respublikasındakı səfiri Smit Augustin Moisinin uşaqlarının qorunma altında "təhlükəsiz yerlərdə" olduqlarını deyib. 

Haitinin Vaşinqtondakı səfiri Bokçit Edmond RİA Novosti-yə verdiyi açıqlamada hücumda yaralanan mərhum prezidentin həyat yoldaşı Martina Moisinin Mayamiyə müalicəyə göndərildiyini söyləyib. 

Yerli “Local 10” kanalının verdiyi məlumata görə, birinci xanım artıq Floridanın cənubundadır. Kanal qeyd edib ki, Martina Mois qolundan və qarnından ağır yaralanıb. 

Xatırladaq ki, Haiti prezidenti çərşənbə günü gecə iqamətgahına edilən hücum nəticəsində öldürülüb. 

Ölkənin Baş naziri Klod Jozefin ofisindən verilən məlumata görə, qətl xarici muzdlular tərəfindən törədilib. Ölkədə 15 gün müddətinə hərbi vəziyyət tətbiq edilib. Çərşənbə axşamı polis rəisi hücumda iştirak edənlərdən dördünün öldürüldüyünü, ikisinin isə nəzarətə alındığını vurğulayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO