Arestoviçdən Rusiyanın onu beynəlxalq axtarışa verməsi qərarına REAKSİYA

Arestoviçdən Rusiyanın onu beynəlxalq axtarışa verməsi qərarına REAKSİYA

Hazırda oxunan: Arestoviçdən Rusiyanın onu beynəlxalq axtarışa verməsi qərarına REAKSİYA

274390

Ukrayna prezident ofisinin sabiq müşaviri Aleksey Arestoviç Rusiyanın onu beynəlxalq axtarışa verməsi qərarına reaksiya verib. Rusiya Federasiyası onu terrorçuluğa çağırışlar və Rusiya Silahlı Qüvvələri barədə saxta məlumatların yayılması ilə bağlı açılmış cinayət işində axtarışa verib. 

Bizim.Media xəbər verir ki. Arestoviçin açıqlaması oözünün Facebook səhifəsində dərc olunub.

Arastoviç yazıb:

“Ruslar da, ukraynalılar da sevgidən məhrum edilmiş uşaqlardır. Sevgi əvəzinə qorxular gəldi və hər şeyi doldurdu. Uşaqlara qorxunc, soyuq, qaranlıq gəldi və onlar özlərini sevməyən kəndi yandırmaq istəyirlər ki, onun külündə isinib qızınsınlar.”

O həmçinin həm Rusiyanı, həm də Ukraynanı tənqid etməyə davam edəcəyinə eyham vurub:

“Onların hər ikisini şlanqla suvarar kimi sevgi ilə suvaracağam,” – deyə bildirib.
 

Sənədlərə görə, Arestoviç 8 sentyabr 2023-cü ildə axtarışa, 13 noyabr 2023-cü ildə isə beynəlxalq axtarışa verilib.


Onun barəsində cinayət işi əvvəlcə 8 aprel 2022-ci ildə Rusiya ordusu haqqında yalan məlumatların yayılması ilə bağlı açılıb. Bir ay sonra isə Arestoviçin terror xarakterli cinayət törətməsi ilə bağlı daha bir iş başlanıb. Daha sonra bu iki iş birləşdirilərək vahid icraata götürülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO