Suriya Müdafiə Nazirliyi ölkənin şimal və şimal-şərq cəbhə xətti boyunca atəşkəsin tam şəkildə təmin olunması barədə “Suriya Demokratik Qüvvələri” (SDQ) koalisiyası ilə razılaşmaya gəldiklərini açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə Suriyanın müdafiə naziri Morkhef Əbu Kasra dövlət agentliyi SANA-ya bildirib.
Onun sözlərinə görə, razılaşma SDQ-nin baş komandanı Mazlum Abdi ilə Dəməşqdə keçirilən görüş zamanı əldə olunub.
“Biz ölkənin şimal və şimal-şərqində bütün istiqamətlər və hərbi mövqelər üzrə ümumi atəşkəs barədə razılaşdıq”, – deyə nazir vurğulayıb.
Məlumata görə, müqavilənin icrasına hər iki tərəf dərhal başlamalıdır.
Bizim.Media