Münhen aeroportunda DRON XAOSU – Bütün uçuşlar LƏĞV OLUNDU

Münhen aeroportunda DRON XAOSU – Bütün uçuşlar LƏĞV OLUNDU

Hazırda oxunan: Münhen aeroportunda DRON XAOSU – Bütün uçuşlar LƏĞV OLUNDU

273690

Almaniyanın ikinci ən böyük aeroportu olan Münhen hava limanında cümə gecəsi uçuşlar naməlum dronların aşkar edilməsindən sonra müvəqqəti dayandırılıb.

Bizim.Media “Spiegel” nəşrinə istinadən xəbər verir ki, 17 uçuş ləğv edilib, 15 reys isə Ştutqart, Nürnberq, Vyana və Frankfurt hava limanlarına yönləndirilib. 
 

Almaniya Federal Polisinin açıqlamasına əsasən, bir neçə nəfər hava limanı yaxınlığında dron gördüyünü bildirib, daha sonra həmin cihazlar hava limanı ərazisində də müşahidə olunub. Onların bir, yoxsa bir neçə dron olduğu əvvəlcə dəqiq müəyyən edilməyib.


Uçuş zolaqları axşam saat 22:18-dən bağlanıb. Federal və yerli polis əməkdaşları ərazidə müşahidə aparıb, həmçinin axtarışlara polis helikopteri də cəlb olunub. Buna baxmayaraq, dronlar və ya şübhəli şəxslər aşkarlanmayıb.

Operator şirkətin məlumatına görə, hadisə nəticəsində təxminən 3000 sərnişin zərər çəkib. Onlar üçün hava limanında çarpayılar qurulub, yorğan-döşək, içkilər və qəlyanaltılar təmin edilib. 

Hava limanı səhər saatlarında fəaliyyətini bərpa edib.

Xatırladaq ki, sentyabrın sonunda Danimarkada da dron təhdidi səbəbindən bir neçə dəfə hava limanları bağlanmışdı. Ryanair şirkətinin baş direktoru Maykl O’Liri Avropa İttifaqını hava limanlarını qorumaqda zəiflik göstərməkdə tənqid edib və vurğulayıb ki, uçuşlara mane olan naməlum dronlar dərhal məhv edilməlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO