ŞOK: Əfqanıstan hərbçiləri Tacikistan ərazisinə qaçdı - SƏBƏB

ŞOK: Əfqanıstan hərbçiləri Tacikistan ərazisinə qaçdı - SƏBƏB

Hazırda oxunan: ŞOK: Əfqanıstan hərbçiləri Tacikistan ərazisinə qaçdı - SƏBƏB

27261

İyulun 3-ü axşam saatlarında Tacikistan-Əfqanıstan sərhədindəki Bədəxşan əyalətinin dairə və kəndləri uğrunda döyüşən Əfqanıstan ordusunun 300 hərbçisi və sərhədçilər Taliban terrorçularının hücumlarına davam gətirməyərək Tacikistan ərazisinə keçib.

Bizim.Media Tacikistan Dövlət Təhlükəsizliyi Komitəsinin mətbuat xidmətinə istinadla xəbər verir ki, Tacikistan sərhədçiləri humanizm prinsiplərini əsas götürərək əfqan hərbçilərini ölümdən xilas edib və onları müvəqqəti olaraq ölkə ərazisinə buraxıb.

Bildirilir ki, Tacikistanla həmsərhəd Bədəxşan əyaləti Taliban terrorçularının nəzarətinə keçib.

Məlumatda qeyd olunur ki, Tacikistan-Əfqanıstan sərhədi Tacikistan sərhədçilərinin tam nəzarətindədir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO