İranın Təbriz şəhərində zəlzələ baş verib.
ONA-nın İran bürosunun məlumatına görə, zəlzələ bu gün yerli vaxtla saat 3:27 dəqiqədə baş verib.
Zəlzələ 3.7 bal gücündəxa0 və yerin 10 kilometr dərinliyində qeydə alınıb. Zəlzələnin episentri Təbriz şəhərinin 7 kilometrində yerləşənxa0 Basmənc vəxa0 Sərdrud bölgəsi olub.
Dağıntılar və xəsarət alanlarla bağlı məlumat verilməyib.




























































































