Ukrayna müdafiə sənayesi müəssisələrinə qarşı həyata keçirilən genişmiqyaslı zərbə zamanı Polşa ərazisində heç bir obyektin hədəf alınması planlaşdırılmayıb.
Bizim.Media xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyi bəyan edib.
Nazirlik açıqlamasında istifadə olunan pilotsuz uçuş aparatlarının (PUA) maksimal uçuş məsafəsinin 700 kilometrdən çox olmadığını bildirib.
Bu səbəbdən onların guya Polşa sərhədini keçməsi ilə bağlı yayılan məlumatların həqiqətə uyğun olmadığı vurğulanıb.
Rusiya Müdafiə Nazirliyi həmçinin bu məsələ ilə bağlı Polşa Müdafiə Nazirliyi ilə məsləhətləşmələr aparmağa hazır olduqlarını qeyd edib.
Bizim.Media